IQNA

21:25 - September 28, 2020
Xəbər sayı: 3488215
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda qismən səfərbərlik elan edilibBeynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Səhərtv-yə istinadla xəbər verir ki, istinadla xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ad:
E-poçt:
* Comment:
* captcha: