IQNA

14:52 - October 03, 2020
Xəbər sayı: 3488259
Əyalət qubernatorunun təmsilçisi Ətaullah Xoqyani bildirib ki, içərisi partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində 13 nəfər dünyasını dəyişib, 30-dan çox insan isə xəsarət alıb.

Az.shafaqna.com “Tolo News”-ə istinadən xəbər verir ki, Əfqanıstanın Nanqərhar əyalətində terror aktı törədilib.

Əyalət qubernatorunun təmsilçisi Ətaullah Xoqyani bildirib ki, içərisi partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində 13 nəfər dünyasını dəyişib, 30-dan çox insan isə xəsarət alıb.

Partlayış qubernatorun iqamətgahının yaxınlığında baş verib.

Xoqyani həmçinin deyib ki, terrorçular qubernatorun iqamətgahına daxil olmağa çalışsalar ki, təhlükəsizlik qüvvələri onların hücumunu dəf edib.

Əyalət şurasının üzvü Ubeydullah Şinvarinin sözlərinə görə, həyatını itirənlərin azı 8-i dinc insanlardır.

Ad:
E-poçt:
* Comment:
* captcha: