Həzrət İmam Hüseynin (ə) aşiq zəvvarları və əzadarları bu günlərdə özlərini Kərbəla şəhərinə yetirir və bu müqəddəs diyarda əzadarlıq edirlər.
Bu gecələrdə Həzrət İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmində xüsusi mənəvi ab-hava, şur və həyacan vardır. Əhli-Beyt (ə) aşiqləri Həzrət İmam Hüseynin (ə) zərihinin ətrafına pərvanə kimi dövr edirlər.
Aşağıda Səfər ayının 19-cu gecəsi Kərbəlanın ab-havasını əks etdirən videonu izləyə bilərsiniz: