IQNA

22:42 - October 09, 2020
Xəbər sayı: 3488329
Əhli-beyt (ə) əsirləri Şamdan Kərbəlaya gəlib üç günlük əzadarlıq etdiksən sonra İmam Səccad (ə) çarəni yalnız bunda gördü ki, Kərbəladan Mədinəyə hərəkət əmri versin.

Əhli-beyt (ə) əsirləri Şamdan Kərbəlaya gəlib üç günlük əzadarlıq etdiksən sonra İmam Səccad (ə) çarəni yalnız bunda gördü ki, Kərbəladan Mədinəyə hərəkət əmri versin. Ona görə ki, bibilərinin, qadın və uşaqların gecə-gündüz qərarsız olduqlarını, növhə deyib göz yaşı tökdüklərini görürdü. Bir qəbrin kənarından qalxıb digər bir qəbrin kənarında otururdular. (Onların orada canlarını əldən vermək qorxusu vardı.) (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.373.)

 
Karvan Mədinəyə doğru yola düşdü. Bu halda Ümmü-Gülsüm (ə) Mədinəyə xitabən ürək dağlayan şeir oxudu ki, onun bir neçə beyti belədir:
 
مَدينَةَ جَدِّنا لاتَقْبَلينا فَبِالْحَسَراتِ وَالْأَحْزانِ جِئْنا خَرَجْنا مِنْكِ بِالْأَهْلينَ جَمْعا رَجَعْنا لارِجالَ وَلا بَنينا وَرَهْطُكَ يا رَسُولَ اللَّهِ اضْحُوا عَرايا بِالطُّفُوفِ مُسَلَّبينا أَفاطِمُ لَوْ نَظَرْتِ إِلَى السَّبايا بَناتُكِ فِى الْبِلادِ مُشَتَّتينا فَلَوْ دامَتْ حَياتُكِ لَمْ تَزالي‌ إِلى يَوْمِ الْقِيامَةِ تَنْدُبينا أَلا يا جَدَّنا قَتَلوُا حُسَيْنا وَلَمْ يَرْعَوْا جِنابَ اللَّهِ فينا لَقَدْ هَتَكُوا النِّساءَ وَحَمَّلُوها عَلَى الْأَقْتابِ قَهْراً أَجْمَعينا
 
“Ey babamızın şəhəri bizi qəbul etmə, Çünki həsrət və hüznlə sənə doğru gəldik! Sənin yanından bütün əzizlərimizlə çıxdıq, amma indi kişi və oğullarsız döndük! Ey Allahın Rəsulu! Ailən qurbanlıq oldu. Bədənləri Kərbəlanın qaynar səhrasında üryan qaldı və (sərvətləri) qarət olundu. Ey Fatimə! Əgər şəhərlərdə pərakəndə (və boynu bağlı) gəzən əsir qızlarını görsəydin və dünya həyatın əbədi olsaydı, Qiyamətədək durmadan nalə edərdin! Ey babamız! Hüseyni öldürdülər və bizə dair ilahi hörməti gözləmədilər. Xanımlara hörmətsizlik etdilər və onları tünd xasiyyət dəvələrə mindirdilər. (“Biharul-ənvar”, c.45, səh.197; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.640-641.)
 
Maide.az – Maarif bölümü
Ad:
E-poçt:
* Comment:
* captcha: