IQNA

22:01 - October 12, 2020
Xəbər sayı: 3488348
Bəşir ibn Həzləm (Cəzləm) deyir: Mədinəyə yaxınlaşdığımız zaman Əli ibn Hüseyn (ə) mənə buyurdu: Ey Bəşir! Mədinəyə daxil ol və Əbu-Əbdillahın şəhadət xəbərini (və bizim gəlişimizi) camaata çatdır.

Bəşir ibn Həzləm (Cəzləm) deyir: Mədinəyə yaxınlaşdığımız zaman Əli ibn Hüseyn (ə) göstəriş verdi ki, karvandakılar dəvələrdən ensinlər, xeymələr qurub, orada qərarlaşsınlar. Sonra buyurdu: Ey Bəşir! Allah atana rəhmət etsin! O, şair idi. Sən də şeir deyə bilirsənmi? Dedim: Bəli, Ey Allah Rəsulunun oğlu! Mən də şairəm. Buyurdu: Mədinəyə daxil ol və Əbu-Əbdillahın şəhadət xəbərini (və bizim gəlişimizi) camaata çatdır. Bəşir deyir: Atıma minib çaparaq Mədinəyə daxil oldum. Məcidun-Nəbiyyə çatdığımda gözü yaşlı halda səsimi ucaltdım və bunu oxudum:

يا أَهْلَ يَثْرِبَ لامُقامَ لَكُمْ بِها

قُتِلَ الْحُسَيْنُ فَأَدْمُعي مِدْرارُ

الْجِسْمُ مِنْهُ بِكَرْبَلاءَ مُضَرَّجٌ‌

وَالرَّأسُ مِنْهُ عَلَى الْقَناةِ يُدارُ

Ey Mədinə (Yəsrib) əhli, artıq Mədinə sizin qalma yeriniz deyil, (sizin ağanız) öldürüldüyü üçün göz yaşım beləcə axır. Onun bədəni Kərbəlada qanlı torpağa qəltan olub, Müqəddəs başı nizə ucunda şəhər-şəhər gəzdirildi.

Sonra dedi: Bu Əli ibn Hüseyndir (ə), bibi və bacıları ilə şəhərin girişində xeymə qurmuşdur. Mən onlar tərəfindən sizə xəbər gətirən elçiyəm. Bu sözdən sonra, hətta Mədinə qadınları saçları dağınıq halda evlərindən çölə çıxdılar, müsibətin şiddətindən üzlərini cırıb baş-gözlərinə zərbələr vurdular. Ağlaşma və nalə səslərini ucaltdılar.

فَلَمْ أرَ باكِياً وَلا باكِيَةً أكْثَرَ مِنْ ذلِكَ الْيَوْمِ، وَلا يَوْماً أَمَرَّ عَلَى الْمُسْلِمينَ مِنْهُ بَعْدَ وَفاةِ رَسُولِ اللَّهِ‌

“Heç bir kişi və qadını o gündəki kimi gözüyaşlı görməmişdim. Peyğəmbərin vəfatından sonra müsəlmanlar üçün o gündən daha acı bir gün keçmədi... “

Bu an bir kənizin İmam Hüseyn (ə) barəsində belə növhə oxuduğunu eşitdim:

نَعى‌ سَيِّدي ناعٍ نَعاهُ فَأَوْجَعا

فَأَمْرَضَني ناعٍ نَعاهُ فَأَفْجَعا

فَعَيْنَيَّ جُودا بِالدُّمُوعِ وَاسْكِبا

وَجُودا بِدَمْعٍ بَعْدَ دَمْعِكُما مَعا

عَلى‌ مَنْ وَهى‌ عَرْشَ الْجَليلِ فَزَعْزَعا

فَأَصْبَحَ هذَا الَمجْدُ وَالدِّينُ أَجْدَعا

عَلَى ابْنِ نَبيِّ اللَّهِ وَابْنِ وَصيِّهِ‌

وَإنْ كانَ عَنَّا شاحِطَ الدَّارِ أَشْسَعا

Xəbər gətirən mövlamın ölüm xəbərini mənə verdi və qəlbimi dərdə saldı və o xəbərlə məni xəstələndirdi. Ey gözlərim, yaş axıdın, tökülün və yenə də ağlamaqdan sonra birgə yaş tökün. O şəxs ki, müsibəti ilə Uca Allahın ərşi lərzəyə gəldi, ucalıq və din(in əsas şaxəsi) kəsildi. (Matəm tutun) Allah Peyğəmbərinin övladı və canişinin oğluna. Hərçənd şəhadət məkanı bizdən uzaqdadır.

Sonra mənə dedi: “Bugün Əbu-Əbdillahın (ə) yası ilə kədərimizi təzələdin və hələ də sağalmamış yaralarımızı bir daha açdın. Allah səni əfv etsin, sən kimsən?”

Dedim: “Mən Bəşir ibn Həzləməm. Mövlam Əli ibn Hüseyn (ə) məni sizə tərəf göndərdi. O, hal-hazırda İmam Hüseynin (ə) Əhli-beyti və xanımları ilə məlum məkanda otraq etmişdir.”

Bəşir deyir: Camaat məndən ayrılaraq sürətlə karvanın olduğu məkana yollandılar. Mən də miniyimlə oraya qayıtdım. İnsan selinin yolları bağladığını gördüm. Atdan endim, çətin də olsa, özümü xeymələrin kənarına çatdırdım. Gördüm ki, İmam Səccad (ə) hələ də xeymədədir. Bu zaman, İmam (ə) əlindəki parça ilə göz yaşlarını sildiyi halda xeymədən çölə çıxdı. Bir nəfər oturacaq gətirdi və Həzrət (ə) də onun üzərində oturdu. Durmadan ağlayırdı, göz yaşlarının qarşısını ala bilmirdi. Bu səhnəyə şahid olan camaatın ağlamaq səsi ucaldı. Mədinə qadınları, qızları nalə-şivən qopardılar. Camaat hər tərəfdən o Həzrətə sarı gəlir və ona başsağlığı verirdi. O məntəqə nalə və fəqanla doldu. İmam Səccad (ə) əli ilə camaata işarə etdi ki, sakit olsunlar. Camaat sakitləşdikdən sonra Həzrət (ə) bir xütbə oxudu... “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.642-644.)

Maide.az – Maarif bölümü

Ad:
E-poçt:
* Comment:
* captcha: