IQNA

6:51 - October 20, 2020
Xəbər sayı: 3488404
Tehran (IQNA)  - Kərbəlada Həzrət Əbulfəzl Abbas (ə) hərəmiin "İslami və humanitar elmlər" şöbəsi Quran barədə yazılmış əsərlərin yeni katoloqunu təqdim edib.

"Quran barədə yazılmış əsərlərin siyahısı" (Qamusul-müəlləfatil-Quraniyyə | Mö`cəmul müəlləfatil-Quraniyyə) adlanan bu kitab 3 cilddə çap və nəşr edilib.

Kitabın müəllifi İslami əlyazmalar üzrə mütəxəssis alim Seyyid Əhməd Hüseyni Əşkəvəridir.

Müəllif bu "qamus" (möcəm = ensiklopediya) adlanan kitabda İslamın ilk əsirlərindən indiyədək Quran barədə yazılan kitablar və aparılmış araşdırmalar barədə məlumat vermişdir. Bu da müasir araşdırmaçılara Quran mövzusunda araşdırmaların tarixi ardıcıllığını, hansı mövzuların işlənildiyini və hansının qaldığını və ya kamilləşdirilməyə ehtiyaclı olduğunu bilməyə kömək edir.

Həmçinin Quran barədə elmi araşdırma aparanlara məlum olur ki, ŞİƏ alimləri Quranın və Quran elmlərinin qorunub saxlanılması üçün nə qədər zəhmətlər çəkiblər.

Kitabda Quran ətrafında yazılmış kitablar mövzular əsasında siyahıya alınmış və surələrin təfsiri, ayələrin təfsiri, nüzul tərtibi, Quran və vəhy, Əhli-Beyt Quranda, Quranın fəzilətləri, tilavət ədəbi, Quran duaları, Quran tarixi Quranda əxlaq, Quran elmləri, Quran fiqhi və sair ünvanlar verilmiş və hər ünvanın altında uyğun mövzuda yazılmış kitablar tanıtdırılmışdır. /3929521

Ad:
E-poçt:
* Comment:
* captcha: