IQNA

Fələstində saxta Quran nüsxələri müsadirə edilib

11:27 - October 26, 2020
Xəbər sayı: 3488458
Tehran (IQNA)  - Fələstinin İqtisadiyyat Nazirliyinin Nablos şəhər şöbəsi vətəndaşlarda olan üç min nüsxə Quranın müsadirə və zəbt edildiyi barədə məlumat verib.

Fələstinin İqtisadiyyat Nazirliyinin Nablos şəhər şöbəsi vətəndaşlarda olan üç min nüsxə Quranın müsadirə və zəbt edildiyi barədə məlumat verib.

Fələstinin İqtisadiyyat Nazirliyinin Nablos şəhər şöbəsi əməkdaşlarının bazar və vətəndaşlardan topladığı bu Quran nüsxələrində İlahi vəhyə aid olmayan mətnlər daxil edilib.

Nazirliyin məlumatına görə, həmin qeyri-Qurani mətnlər müsadirə edilmiş Quran nüsxələrinin 202, 203, 326, 327, 328 və 329-cu səhifələrində aşkar edilib.

Saxta Quran nüsxələri Fələstinin Dini İşlər və İslami Fondlar Nazirliyi tərəfindən məhv edilmişdir.

Dini İşlər Nazirliyi vətəndaşlardan bu cür nüsxələri gördükləri zaman məlumat vermələrini istəyib.

Qeyd edək Fələstinin və Qüds şəhərinin müftisi Şeyx Məhəmməd Hüseyn vətəndaşlara xəbərdarlıq edərək bazarda səhifə ardıcıllığının pozulduğu Quran nüsxələrinin də olduğunu bildirib: Bu nüsxənin 577 və 579-cu səhifələri 507-ci səhifədən sonra yer alıb. Həmin səhifələrin davamında isə 508, 539, 580 və 583 səhifələr yerləşdirilib. Həmçinin bu çapın bəzi nüsxələrində isə səhifə rəqəmlərinin özü səhv yazılıb. Bu nüsxəni İbn Heysəm nəşriyyatı 7/10/2007-ci il tarixində Misrin İslami Araşdırmalar Mərkəzinin icazəsi ilə çap və nəşr edib.

Qüdsün müftisi bu nüsxəni istifadə edənlərdən istəyib ki, həmin nüsxələri ölkənin Darul-İftasına təhvil versinlər.  /3931223

captcha