IQNA

9:10 - October 28, 2020
Xəbər sayı: 3488476

Banqladeşdə fransanın anti-islam addımlarına qarşı yürüş keçirildi

Tehran (IQNA)  - Banqladeşdə yaşayan onminlərlə müsəlman Fransa dövlətinin anti-İslam siyasətinə qarşı etiraz yürüşləri keçiriblər.

Banqladeşdə fransanın anti-islam addımlarına qarşı yürüş keçirildi

Banqladeşdə yaşayan onminlərlə müsəlman Fransa dövlətinin anti-İslam siyasətinə qarşı etiraz yürüşləri keçiriblər.

Ötən gün (Çərşənbə Axşamı, 27 Oktyabr 2020) paytaxt Dəkkada keçirilən yürüşdə onminlərlə müsəlman Makronun müsəlmanları təhqir etməsini qınayıblar.

Yürüşdə iştirak edənlər fransa prezidenti emmanuel makronun şəkillərini yandırıb və fransa mallarının baykot edilməsini istəyiblər.

Banqladeşin İslamçı partiyası (IAB) tərəfindən təşkil edilmiş yürüş "Beytul-Mükərrəm" məscidindən Fransa səfirliyi istiqamətində başlayıb və yürüşdə 40 min nəfərdən çox insan iştirak edib.

Fransa səfirliyinə hücum edən müsəlmanların qarşısında Dəkka polisi tikanlı tellərlə maneə yaradıb. /3931573

Teqlər: islamofobiya ، fransa ، banqladeş ، makron
captcha