Fransa prezidentinin radikal anti-İslamçıları dəstəkləməsinin ardınca müsəlmanların müqəddəslərinin təhqir edilməsi bu ölkədə son günlər vüsət almış bir şəkildə davam edir.
Milli İslami Cəmiyyətlər Təşkilatının baş katibi (CIMG) Fatih Sarı Fransanın şimalında yerləşən Şatudun şəhərində bir məscidin yandırılması xəbərini verib.
Məscidi kimliyi bilinməyən bir şəxs benzin tökərək yandırıb. Xoşbəxtlikdən yanğın vaxtında söndürülüb və məscidə ciddi ziyan dəyməyib.
Məscidin məsulları bu cinayət əleyhinə şikayətnamə tənzim edərək polisə təqdim ediblər.
Fransa polisi hadisə barədə araşdırmaya başlayıb. Polis məscidin mühafizə kamerlarındakı görüntülər vasitəsi ilə cinayətkarların izinə düşüb.
Bu hadisədən öncə isə Fransa polisi iki nəfər 20 yaşlarında cavanı Bantan şəhərində iki nəfəri məscidin divarına anti-İslam şüarlar yazarkən saxlayıb. /3932488