IQNA

Rəbiül-əvvəl ayının 17-ci gününün əməlləri

20:35 - November 02, 2020
Xəbər sayı: 3488539
Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü (noyabar ayının 3-ü) İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir.

Rəbiül-əvvəl ayının 17-i (Noyabr ayının 3-ü) İslam Peyğəmbərinin (s) mövlud günüdür. Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:
 
1. Qüsl etmək;
 
2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir.
 
3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq);
 
5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.
 
6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.
 
Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü.
 
Maide.Az 
Teqlər: İslam ، müsəlman ، quran
captcha