Misrin "Məhəmməd Naci Muzeyi"ndə saxlanılan Məmlüklər dövrünə aid məşhur əlyazma Quran nüsxələrinin araşdırılması seminarı keçiriləcək.
Bu seminar Noyabr ayının 18-də "Ümumdünya İslami İncənət Günü" münasibəti ilə Misrin Vizual İncəsənət Təşkilatının "Məhəmməd Naci Muzeyin"ində təşkil ediləcək.
"Məmlüklər dövründə bəzək, qravür və oyma incəsənət əsərləri" adı ilə keçiriləcək bu seminarda Misrin "əl-Məkənz İslami Birliyi"nin İslami dizayneri Adil Məhəmməd Həsən Əli iştirak edəcək.
Seminarda Məmlüklər dövrünün Quran nüsxələrində işlənmiş bəzək və dizayn növləri araşdırılacaq.
Qeyd edək ki, türk zabitlərindən ibarət Məmlüklər sülaləsi Misrdə 1250-ci ildən 1517-ci ilədək Misr və Şamda hakimiyyət ediblər. /3934987