IQNA

İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayraq dəyişdiriləcək

15:20 - November 19, 2020
Xəbər sayı: 3488657
Bu gün Tehranda İmam Həsənin (ə) nəvələrindən olan İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayrağın dəyişdirilmə mərasimi keçiriləcək.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, noyabr ayının 20-i (Rəbiüs-sani ayının 4-ü) imamzadə həzrət Əbdüləzim Həsəninin (ə) doğum günüdür.  
 
Mərasim yerli vaxtla saat 18:00-da başlayacaq. Mövlud münasibətilə hərəmin eyvanları və zərih gül-çiçəklərlə bəzədilib. 
 
Bundan başqa bu gecə yerli vaxtla saat 19:00-da o həzrətin mövlud axşamı münasibətilə  özəl proqram təşkil olunacaq. Proqram İranın "Quran" televiziyasından  canlı yayımlanacaq. 
 
O həzrətin mövlud günü (cümə)  səhər Nüdbə duası mərasimi, Quranla üns məclisi təşkil olunacaq. Bu proqramlar da İran Dövlət Televiziyasının 2-ci, 3-cü və "Quran" kanalları vasitəsilə canlı yayımlanacaq. 
 
Koronavirus səbəbindən Həzrət  Əbdüləzimin (ə) hərəmindəki mərasimlər Əhli-beyt (ə) aşiqlərinin iştirakı olmadan təşkil olunacaq. 
captcha