IQNA

Cümə məscidinə 27 ildən sonra işıq verildi - Foto

9:56 - November 22, 2020
Xəbər sayı: 3488680
İşğaldan azad olunan Ağdam şəhərində yerləşən Cümə məscidinə 27 ildən sonra elektrik enerjisi verilib və ilk dəfə Azan verilib. Dindarlar məsciddə namaz qılıblar.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, erməni işğalından azad olunan Ağdam şəhərində yerləşən Cümə məscidinə 27 ildən sonra elektrik enerjisi verilib.

Bu barədə Azərbaycanlı sosial şəbəkə istifadəçiləri məlumat paylaşıblar. 

Qeyd edək ki, Noyabrın 20-də erməni işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib. Azərbaycanın bir qrup din xadimi Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər. Dindarlar məsciddə azan verib, namaz qılıblar.

captcha