IQNA

Məscidul-Haramda mancanağın aşmasında ittiham edilən 13 nəfər sərbəst buraxılıb

22:54 - December 10, 2020
Xəbər sayı: 3488823
Tehran (IQNA) - Ərəbistanın cinayət məhkəməsi şübhəli bir hökm ilə bir neçə il öncə Məkkə də mancanağın aşması nəticəsində insanların ölümünə səbəb olan hadisənin müttəhimlərini təqsirsiz hesab ediblər.

Tehran (IQNA) -  Səudiyyə Ərəbistanın cinayət cəza məhkəməsi şübhəli bir hökm ilə bir neçə il öncə Məscidul-Haramda mancanağın aşması nəticəsində insanların ölümünə səbəb olan hadisənin müttəhimlərini təqsirsiz hesab ediblər.

Məkkədə mancanağın aşmasında təqsirli bilən 13 müttəhimin bu hadisədə günahsız olduğunu elan edən məhkəmə bildirib ki, ölkənin hava proqnozu mərkəzi (hidrometrologiya) hadisə günü tufan olacağı barədə məlumat verməmişdi.

Ərəbistanın cinayət cəza məhkəməsi hava proqnozu mərkəzinin həmin gün tufan olacağı ilə bağlı xəbərdarlıq etməsi barədə sənədin olmadığını önə çəkib.

Qeyd edək ki, 2015-ci ilin Sentyabr ayında Məscidul-Haramda mancanağın yıxılması səbəbi ilə 111 nəfər ölmüş və 238 nəfər yaralanmışdı. /3940280

captcha