IQNA

7:48 - December 13, 2020
Xəbər sayı: 3488839
Tehran (IQNA) -  İraq parlamentinin idarə heyətinin üzvü Həsən əl-Kəbi dövlətdən istəyib ki, İraqın evsahibliyi ilə keçiriləcək "Quran qarilərinin beynəlxalq konfransı" layihəsini təsdiq etsin.

İraq parlamentinin idarə heyətinin üzvü dövlətdən Quran qarilərinin beynəlxalq konfransının keçirilməsi tələbi ilə çıxış edib.

İraq parlamentinin idarə heyətinin üzvü Həsən əl-Kəbi dövlətdən istəyib ki, İraqın evsahibliyi ilə keçiriləcək "Quran qarilərinin beynəlxalq konfransı" layihəsini təsdiq etsin.

Həsən əl-Kəbi ölkənin Quran sahəsində fəaliyyət göstərən birliklər və təşkilatlarının üzvləri ilə görüşüb.

O bu görüşdə əyalət merlərindən Quran qarilərini, Quran tədqiqatlarını və dini fəaliyyətləri himayə etmələrini və bunun üçün vaxt ayırmalarını istəyib.

İraq parlamentinin idarə heyətinin üzvü Həsən əl-Kəbi görüşdə Həzrət Peyğəmbərin (s) "səqəleyn" hədisinə işarə edərək deyib: Biz bu əmanətə sahib çıxmalıyıq. İnsanların hidayəti üçün Peyğəmbərin (s) bu vəsiyyətinə əməl etməliyik. Bu istiqamətdə görəcəyimiz işlərdən biri də dünyada islamofobiyaya təkan verildiyi bir dönəmdə Quran fəaliyyətlərinə və Quran qarilərinə xüsusi diqqət ayırmaqdır.   

/3940465

Ad:
E-poçt:
* Comment:
* captcha: