IQNA

8:01 - January 03, 2021
Xəbər sayı: 3488978
Ayətullah Misbah Yəzdinin cənazəsi ilə ötən gün Şah Əbdüləzimin (ə) müqəddəs ziyarətgahında Tehran xalqının və müdrik alimin tələbələri və sevənlərinin iştirakı ilə vida mərasimi keçirilib.

Rəbbani alim, filosof, inqilabçı fəqih və mütəfəkkir Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsi ilə bu gün (2 yanvar 2021) səhər Şah Əbdüləzim kimi tanıdığımız imamzadə Həzrət Şeyx Əbüdüləzim Həsəninin (ə) müqəddəs ziyarətgahında Tehran xalqının və müdrik alimin tələbələri və sevənlərinin iştirakı ilə vida mərasimi keçirilib.

Həzrət Şeyx Əbüdüləzim Həsəninin (ə) müqəddəs hərəminin ictimaiyyətlə əlaqələr idarəsinin bildirdiyinə görə, şəhər əhalisi və bu inqilabçı fəqih və mücahidi sevənlər, böyük fəqih və filosofun illərlə apardığı elmi və praktik mübarizədən sonra onunla vidalaşmaq üçün bu ziyarətgaha gəliblər və İmamın (r.ə) və ali məqamlı Rəhbərin bu qədim dostuna göz yaşı töküblər.

Bu mərasimdə Həzrət Əbdüləzim (ə) müqəddəs ziyarətgahının himayədarı Ayətullah Məhəmmədi Reyşəhri inqilabçı fəqih Ayətullah Misbah Yəzdiyə cənazə namazı qılıb və sonra bu Rəbbani alimin hörmətli şagirdlərindən biri olan Tehranın müvəqqəti imam-cüməsi Ayətullah Kazım Siddiqi çıxış edib: "Ayətullah Misbah Yəzdi həm müctəhid, həm də mücahid bir şəxsiyyət idi. Həm əxlaq müəllimi, həm də ilahi əxlaqın daşıyıcısı idi. Ömrünün sonuna qədər ictihad və cihad cəbhəsindən uzaq olmayan Ərşin adamı idi.

Bu fəqih qədim elmlərin ustası olmaqla, dünyanın yeni elmləri və fərqli dilləri ilə tanış idi, çox təvazökar bir insan idi və Allahla xüsusi rabitəsi var idi və bütün sevənlər və axtaranlar üçün bələdçi olan görkəmli bir şəxsiyyət idi".

Xatırladaq ki, bu mərasimdən sonra Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin (r.ə) cənazəsi dəfn olunmaq üçün Həzrət Məsumənin (ə) pak hərəminə aparılıb. /3945132

 

Ad:
E-poçt:
* Comment:
* captcha: