IQNA

7:02 - January 19, 2021
Xəbər sayı: 3489085
Tehran (IQNA) -  Fransa daxili işlər naziri Cerald Darmaninin sosial şəbəkə hesabənda verdiyi məlumata görə, cari ilin ilk həftələrində Fransada müsəlmanlara aid doqquz namazxana və məscid bağlanıb.

Fransanın daxili işlər naziri Cerald Darmaninin sosial şəbəkə hesabənda verdiyi məlumata görə, cari ilin (2021) ilk həftələrində Fransada müsəlmanlara aid doqquz namazxana və məscid bağlanıb.

Fransanın daxili işlər naziri Cerald Darmaninin keçən həftənin Cümə günü " Twitter" sosial şəbəkə hesabənda yazıb: Mənim əmrimə əsasən müsəlmanlara aid 18 məscid və namazxana xüsusi nəzarətə götürülmüşdü ki, onların doqquzu bağlanıldı.

O əlavə edib: Biz "İslami separatizm" əleyhinə ciddi, möhkəm və qətiyyətli tədbirlər planı hazırlamışıq.

Cerald Dermaninin dediyinə əsasən, Fransada 78 məscid geniş nəzarət tədbirləri üçün qeydiyyata alınıb.

Əksəriyyəti Parisdə yerləşən bu məscidlərin 18-də aparılan xüsusi yoxlamalar zamanı 9 məscid və namazxana bağlanıb. Beş məsciddə təhlükəsizlik standartlarına əməl edilmədiyi aşkar edilib.

Son həftələrdə Fransada yaşayan müsəlmanların məscidlərinə qarşı dövət tərəfindən 34 nəzarət-kontrol əməliyyatı keçirilmişdir. /iqna/  

Ad:
E-poçt:
* Comment:
* captcha: