IQNA

“Netflix” ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

10:36 - January 23, 2021
Xəbər sayı: 3489111
İndoneziyalı oyunçuların iştirakı ilə Azərbaycanda hazırlanan ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında ərsəyə gətirilib.

Dünyaca məşhur “Netflix” platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında ərsəyə gətirilib.

“Netflix İndonesia” tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub.

Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıb.

“Layla Majnun”un premyerası fevralın 11-də baş tutacaq.

kod
captcha