IQNA

10:55 - January 24, 2021
Xəbər sayı: 3489124
İŞİD terror təşkilatı Səlahəddin əyalətində gizli sığınacaqlarından çıxaraq Haşd-Şabi (Xalq Səfərbər Qüvvələri) təhlükəsizlik qüvvələrinə qəfil hücum edib.

İŞİD terror təşkilatı Səlahəddin əyalətində gizli sığınacaqlarından çıxaraq Haşd-Şabi (Xalq Səfərbər Qüvvələri) təhlükəsizlik qüvvələrinə qəfil hücum edib.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İŞİD terror təşkilatı Səlahəddin əyalətinin şərqində əl-İys bölgəsində Haşd-Şabi qüvvələrinə hücum edib.

Hücum nəticəsində 11 təhlükəsizlik qüvvəsi işçisi həlak olub və səkkizi yaralanıb.

İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan Haşd-Şabi bölgəyə əlavə qüvvələr ezam edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı ötən həftənin cümə axşamı günü Bağdadın mərkəzində bazarda törədilən silsilə terror aktlarının məsuliyyətini üzərinə götürüb. Bu partlayışlarda 32 nəfər həyatını itirmişdi.

Ad:
E-poçt:
* Comment:
* captcha: