IQNA

İraq "Hizbullah"ı Yəmən barədə açıqlama yaydı

12:43 - January 27, 2021
Xəbər sayı: 3489148
İraqın "Hizbullah" taborları Yəmən xalqının Səudiyyə koalisiyasının hücumuna qarşı müqavimətini yüksək qiymətləndirib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Hizbullah" taborları Yəmən xalqının Səudiyyə koalisiyasının hücumuna qarşı müqavimətini yüksək qiymətləndirib.  

"Hizbullah" taborları Yəmən xalqının təcavüzkarların hücumlarına müqavimət göstərməyə davam etdiklərini bildirən açıqlama verib.   Açıqlamada "Yəmən mühasirəsinin kölgəsindəki bu müqavimət sabitliyin ən gözəl səhnələrinin göstəricisidir", - deyilib.  

"Yəmən istilası ABŞ və sionist rejim tərəfindən dəstəklənir və biz təcavüzkarların bütün hədəflərinə mane olan cəsur Yəmən xalqının əlini sıxırıq", - deyə açıqlamada bildirilib.  

Açıqlamada "Yəmənin işğalı Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəsmilərinin İslamla və ərəb kökləri ilə əlaqəli olduqları barədə iddialarının yalan olduğunu üzə çıxardı", - deyilib.  

Yəmənin paytaxtı Səna əhalisi 25 yanvar 2021-ci il tarixində ABŞ-ın "Ənsarullah" təşkilatını terror qrupları siyahısına salma qərarını qınayan geniş bir etiraz aksiyası keçirtmişdi. 

captcha