IQNA

17:13 - January 27, 2021
Xəbər sayı: 3489150
Sionist İsrail rejiminin yaraqlıları İordan çayının qərb sahilinin cənubunda tikilməkdə olan məscidə hücum edib. Səhər saatlarında sionist rejimin hərbi maşınları, Əl-Xəlilin cənubundakı Yata şəhərinin şərqində yerləşən Umm Keşa bölgəsini mühasirəyə alıb və tikilməkdə olan 140 kvadrat metr sahəli məscidi dağıdıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Deyerler.org-a istinadən verdiyi xəbərə görə, şahidlərin bildirib ki, sionistlər məscidin yanındakı məktəbin istifadə etdiyi quyunu da dağıdıb.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl sionist İsrail rejiminin hərbçiləri, tikinti aparmağa icazənin olmaması bəhanəsi ilə bölgə sakinlərinə məscidin sökülməsi barədə xəbərdarlıq edib.

Məscid 1995-ci il Oslo sazişinə əsasən müəyyən ərazidə yerləşir, işğalçı rejim isə tikintinin aparılması üçün icazənin olmadığını bəhanə edərək, ərazidə hər hansı bir tikintini qadağan edir və istədiyi tikilini min bir bəhanə ilə dağıdır.

Ad:
E-poçt:
* Comment:
* captcha: