IQNA

23:56 - February 20, 2021
Xəbər sayı: 3489314
Tehran (IQNA) -  Amerkanın məşhur onlayn kitab satışı saytı olan Amazonun ən çox satılan kitabların arasında "In My Mosque" (Bizim məsciddə) kitabı da yer alıb.

Tehran (IQNA) -  Amerkanın məşhur onlayn kitab satışı saytı olan Amazonun ən çox satılan kitabların arasında "In My Mosque" kitabı da yer alıb.

Amerikada geniş yayılan islamofobiya ilə mübarizə məqsədilə yazılmış bu kitabda məscid və məscid mədəniyyətindən danışılıb.

Yeni Zelandiyada 2019-cu ildə iki məsciddə baş verən qanlı terror hadisəsindən sonra Amerikada yaşayan Türkiyə əslilli yazar Olgun Yüksəl islamofobiya ilə mübarizə hədəfi ilə müsəlmanların məscid ayinlərini və məscid mədəniyyətini tanından bir kitab qələmə aldı.

Həmişə uşaqlar üçün müxtəlif mövzularda kitablar yazan Olgun Yüksəl bu kitabı da uşaqların dili ilə yazıb.

Kitab Amazon saytının onlayn satılan kitabları arasında ən çox satılanlar sırasında yer alıb.

Qeyd edək ki, 1975-ci ildə anadan olan Olgun Yüksəlin babaları Özbəkistanda yaşayıblar. Onlar 1950-ci ildə Stalinin zülmündən Əfqanıstana və oradan da Türkiyəyə qaçıb və Adanada məskunlaşıblar. Olgun 7 yaşında olarkən onun ailəsi Amerikaya köçüb. Amerikada İngilis dili və ədəbiyyatı, beynəlxalq əlaqələr və Orta Asiya Tarixi ixtisasları üzrə ali təhsil alıb.

Olgun Yüksəl xanım deyir: Amerikada yaşadığım müddətdə müsəlman uşaqların problemləri və onların öz din və mədəniyyətlərindən ayrı düşməsi diqqətimi çəkdi.

O əlavə edib: Ana olduqdan sonra uşaqlarım üçün dini dastanlar oxumaq istədim. Gördüm ki, İslam mədəniyyətini uşaqlara öyrədən kitablar çox azdır. Buna görə bu barədə dəsrlər hazırlamağa başladım. Uşaqlar üçün kitab yazılması ilə bağlı təlim kursları və konfranslarda iştirak etdim. Və ilk kitabımı "Bizim Məsciddə" (In My Mosque) adı ilə yazdım.  

Yüksəl deyib: Amerika əhalisi müsəlmanların sayı az olduğu üçün İslam mədəniyyəti barədə geniş məlumata malik deyil. Media qrumları da İslam barədə yalan xəbərlər yayaraq əhalidə mənfi zehniyyət yaradır və islamofobiyanı yaymağa çalışırlar.

O vurğulayıb: 2019-cu ildə Yeni Zelandiyada iki məsciddə baş verən terror hadisəsindən sonra bu qərara gəldim ki, qeyri-müsəlman uşaqlara məsciddə nə işlər görüldüyünü öyrədən bir kitab yazım. Kitabda məscidin fəaliyyətləri barədə uşaqlara şəkilli heykayələrlə məlumat vermişəm. Bu fotolarda müxtəlif millətlərin nümayəndələrinin bir yerdə mehriban ibadət etməsi uşaqlara göstərilib. Həmçinin kitabda müsəlman ölkələrinin məşhur məscidləri barədə məlumatlar yer alıb. /3955043/

Teqlər: Amazon ، məscid ، islamofobiya
Ad:
E-poçt:
* Comment:
* captcha: