IQNA

Ayətullah Sistaninin dəftərxanası Papa Fransislə görüş barədə bəyanat yayıb

14:54 - March 06, 2021
Xəbər sayı: 3489404
Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənablarının İraqın Nəcəf şəhərindəki dəftərxanası şiələrin aliməqamlı təqlid mərcəsinin dünya katoliklərinin rəhbəri Papa Fransislə görüşü haqda bəyanat yayıb.

Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənablarının İraqın Nəcəf şəhərindəki dəftərxanası bu gün (Şənbə, 6 mart 2021) şiələrin aliməqamlı təqlid mərcəsinin dünya katoliklərinin rəhbəri Papa Fransislə görüşü haqda bəyanat yayıb.
Bəyanatda deyilir:

“Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənabları bu gün (Şənbə, 6 mart 2021) dünya katolik kilsələrinin rəhbəri və Vatikan dövlətinin rəisi Papa Fransislə görüşdü.
Bu görüşdə müasir dövrdə bəşəriyyətin üzləşdiyi böyük problemlərin və bu problemlərə qələbə çalmaq üçün Allah-Taalaya iman etməyin və yüksək əxlaqi dəyərlərə bağlılığın rolu barədə söhbət edildi.
Həzrət Ayətullah Sistani bu görüşdə dünyanın müxtəlif ölkələrində insanların ədalətsizlik, zülm, yoxsulluq, fikri və dini zorakılıq, insanların əsas azadlıqlarının boğulması və sosial ədalətin olmamasından əziyyət çəkdiklərini önə çəkərək millətlərin, xüsusi ilə də region xalqlarının, eləcə də Fələstin xalqının düçar olduqları müharibə, zorakılıq, iqtisadi müharisə, qaçqınlıq və digər məsələlər barədə söhbət etdi.
Ayətullah Sistani həzrətləri dünyanın böyük məzhəbi və mənəvi rəhbərlərinin bu faciələrin qarşısını almaqda ifa edə biləcəkləri rola işarə edib və xatırladıblar ki, aidiyyatı üzrə tərəflərin – xüsusi ilə də böyük güclərin – bu məsələnin həllində ağıl və hikmət tərəfini tərcih edəcəklərinə, “müharibə dili”ni və millətlərin azad və şərəfli yaşaması üçün şəxsi maraqlarını kənara qoyacaqlarına ümid edirlər.
Həmçinin ümid edirlər ki, dünyanın məzhəbi və mənəvi rəhbərləri aidiyyatı üzrə tərəfləri millətlərin zərərinə olacaq şəxsi maraqlarını kənara qoymağa təşviq edəcək və humanistlik və tolerantlıq dəyərlərini gücləndirməyə və müxtəlif dini və fikri məktəblərin ardıcılları arasında qarşılıqlı hörmət yaratmağa çalışacaqlar.
Ayətullah Sistani İraqın əzəmətli tarixinə və burada yaşayan tayfa və millətlərin gözəl xüsusiyyətlərinə işarə edərək İraq xalqının yaxın gələcəkdə hazırkı müsibətləri arxada qoyacağına ümidvar olduğunu vurğuladı.
Həmçinin özünün şəxsən İraqda yaşayan xristianların da İraqın digər sakinləri kimi təhlükəsizlik və sülh içində yaşamalarına və konstitusiya hüquqlarından kamil şəkildə yararlanmaqlarına önəm verdiyini təkid etdi.
Ayətullah Sistani vurğuladılar ki, İraqın dini mərcəiyyəti həmişə onları (xristianları) və digərlərini müxtəlif hadisələrdə, o cümlədən keçən illər ərzində baş verən hadisələrdə ki, (terroristlər tərəfindən) zülm və işkəncəyə məruz qalmışdılar və İraqın terrorçular tərəfindən işğal edilən ərazilərində onlara qarşı vəhşicəsinə və utandırıcı cinayətlər törədilmişdi, himayə etmişdir.
Əzəmətli şiə təqlid mərcəsi görüşün sonunda Papa, katolik kilsəsinin tərəfdarları və bütün bəşəriyyət üçün dua etdi və səadət arzuladı və Papaya da səfər çətinliklərini gözə alaraq Nəcəf şəhərinə gəldiyi üçün təşəkkür etdi.” /iqna

captcha