IQNA

17:35 - March 16, 2021
Xəbər sayı: 3489468
Kraystçörçdəki məscidlərdə törədilən terror aktları zamanı oğlunu itirmiş müsəlman ana şəhid olan övladının xatirəsinə uşaq kitabı yazaraq onu ölkənin təhsil müəssisələrində pulsuz şəkildə paylayır.

Kraystçörçdəki məscidlərdə törədilən terror aktları zamanı oğlunu itirmiş Yeni Zelandiyadan olan müsəlman ana şəhid olan övladının xatirəsinə uşaq kitabı yazaraq onu ölkənin təhsil müəssisələrində pulsuz şəkildə paylayır.

Xanım Maysun Səlamənin yazdığı “Ayya və kəpənək” adlı rəsmli kitab ingilis və ərəb dillərindədir. Maysun xanım kiçik qız haqda olan hekayəni yetim qalmış nəvəsi Ayya və terror zamanı ailə üzvlərini itirmiş digər uşaqlara xatir yazıb.

Uşaqlar bilməlidirlər ki, bəzən biz bizim üçün hər şeydən dəyərli olan insanlar və əşyalarla ayrılmaq məcburiyyətində qalırıq. Bu cür böyük itkinin qarşısında biz həm həmin kədəri xatırlamalı və duymalıyıq, həm də irəliləməyi öyrənməliyik. Ümid (hər zaman) var”, – deyə müəllif bildirib.

Müsəlman ananın kitabı Yeni Zelandiyanın Təhsil Nazirliyinin dəstəyi ilə çap edilib və nəşr pulsuz şəkildə paylanılır. /şəfəqna

 

Ad:
E-poçt:
* Comment:
* captcha: