Hindistanın Uttar-Pradeş ştatında ölkə əhalisinin əksəriyyətini təşkil edən induist cəmiyyətinin müsəlmanlara qarşı dözümsüzlüyünün miqyas və səviyyəsini göstərən utancverici hadisə baş verib.
Qaziabad şəhərində isti bir gündə təxminən 10 yaşında olan müsəlman oğlan uşağı krandan su içmək üçün induist məbədinə daxil olub. Məbədin girişində isə “müsəlmanlara giriş qadağandır” yazısı olub, lakin balaca uşaq olduqca çox susadığı üçün içəri daxil olub.
Məbəd ziyarətçilərindən biri tanış olmayan uşağı görüb və onun müsəlman olduğunu anlayandan sonra onu amansızcasına döyüb. Döyülmək kadrları sosial şəbəkələrdə yayılıb. Məbədin digər ziyarətçiləri və hətta xadimi aqressiv şəxsin hərəkətlərini pisləmək əvəzinə, onu dəstəkləyiblər.
Sosial şəbəkə istifadəçiləri bu hadisənin Hindistanda artan islamofobiyanın büruzəsi adlandırıblar və qeyd edilib ki, əgər qeyri-müsəlman biri su içmək istəyi ilə məscidə daxil olsa idi, müsəlmanlar məmnuniyyətlə onu qəbul edib ona su verərlər. /Şəfəqna