IQNA

Hicablı müsəlman xanım prezident seçildi

12:20 - March 21, 2021
Xəbər sayı: 3489487
Samiya Həsən Suluxunun Tanzaniya prezidenti qismində andiçmə mərasimi baş tutub. Hicablı müsəlman xanım daha öncə vitse-prezident vəzifəsini tuturdu.

Samiya Həsən Suluxunun Tanzaniya prezidenti qismində andiçmə mərasimi baş tutub.

Hicablı müsəlman xanım daha öncə vitse-prezident vəzifəsini tuturdu.

Qeyd edək ki, ölkənin əvvəlki prezidenti Con Maqufuli 17 martda vəfat edib.

Rəsmi mərasim Dər-əs-Salam şəhərindəki prezident iqamətgahında baş tutub.

“Dürüst olacağıma, Tanzaniya konstitusiyasına tabe olacağıma və onu qoruyacağıma söz verirəm”, – deyə Samiya Həsən Suluxu bildirib.

O, Tanzaniyanın ilk qadın prezidenti olub.

Ölkə konstitusiyasına əsasən, prezident ölərsə, vitse-prezident dövlət başçısı vəzifəsini tutur və mandat müddəti bitənədək bu vəzifədə qalır. 61 yaşlı xanım Suluxunun hazırkı mandatı isə 2025-ci ilin sonunda başa çatacaq.

Qeyd edək ki, daha öncə o, bir sıra digər nazir postlarının başçısı olub.

Tanzaniya əhalisinin 55-60%-i xristian, 30-32 faizi isə müsəlmandır.

captcha