IQNA

İslamı qəbul edən irland xanımlar ac və kimsəsizlərin dadına çatır

16:04 - March 31, 2021
Xəbər sayı: 3489538
İslam dinini qəbul etmiş irland xanım Lorreyn O`Konnor ehtiyaclılara içərisində ərzaq olan qutu və paketlərin, həmçinin ehtiyaclılara, ilk növbədə də, evsizlərə isti yeməklərin verilməsini koordinasiya edir.

Az.shafaqna.com “Irish Times”-a istinadən xəbər verir ki, sinoptiklər İrlandiyada havaların soyuqlaşacağı və qarın yağacağı ilə bağlı proqnozlar veriblər və əhalini zərurət olmadan evləri tərk etməməyə səsləyiblər.

Müsəlman-bacılar cəmiyyəti isə bu xəbəri hərəkətə keçmək üçün siqnal kimi qəbul ediblər.

Belə ki, İslam dinini qəbul etmiş irland xanım Lorreyn O`Konnor ehtiyaclılara içərisində ərzaq olan qutu və paketlərin, həmçinin ehtiyaclılara, ilk növbədə də, evsizlərə isti yeməklərin verilməsini koordinasiya edir.

İslam dinini qəbul edən digər irland xanım Nikki Coys tibb işçisi olaraq xəstəxanada işləyir, boş vaxtlarında isə Lorreyn ilə birlikdə evsizlər üçün yardım işlərində iştirak edir.

Ötən həftə Lorreyn, Nikki və onların müsəlman rəfiqələri möhtac insanlara 470 isti nahar paylayıblar. Cümə günü isə yardımın edildiyi ərazidə çox sayda ehtiyaclı insanlar toplaşıb.

Müsəlmanların bu xeyriyyə aksiyasından faydalanan yerli sakinlərdən biri deyir ki, “72 saatdır heç nə yemirdim və mən bura yalnız dözülməz şəkildə ac olanda gəlirəm”.

captcha