Tehran (IQNA) - Səudiyyə Ərəbistanının Hərəmeyn İdarəsindən verilən məlumata görə, Mübarək Ramazan ayının gəlişi münasibətilə Kəbədə bəzi işlərə başlanıb.

Səudiyyə Ərəbistanının Hərəmeyn İdarəsindən verilən məlumata görə, Mübarək Ramazan ayının gəlişi münasibətilə Kəbədə bəzi işlərə başlanıb.
Məscidul-Həramda beş gün müddətində davam edəcək işlərə 14 mütəxəssis cəlb olunub.
Texniki-mütəxəssislərdən başqa işlərə keyfiyyət nəzarətçiləri, tibb mütəxəssisləri və iş güvənliyi nəzarətçiləri də qatılacaq.
Qurum bu işlərin COVİD-19 pandemiyasına qarşı məhdudiyyətlərə əməl etməklə görüləcəyini önə çəkib. /iqna





