Səudiyyə Ərəbistanının Hərəmeyn İdarəsindən verilən məlumata görə, Mübarək Ramazan ayının gəlişi münasibətilə Kəbədə bəzi işlərə başlanıb.
Məscidul-Həramda beş gün müddətində davam edəcək işlərə 14 mütəxəssis cəlb olunub.
Texniki-mütəxəssislərdən başqa işlərə keyfiyyət nəzarətçiləri, tibb mütəxəssisləri və iş güvənliyi nəzarətçiləri də qatılacaq.
Qurum bu işlərin COVİD-19 pandemiyasına qarşı məhdudiyyətlərə əməl etməklə görüləcəyini önə çəkib. /iqna