IQNA

Sionist İsrail qüvvələri fələstinli uşağı vurdu

9:56 - April 11, 2021
Xəbər sayı: 3489594
Fələstinli Nidal əl-Bətş adlı şəxsin oğlu İzəddin əl-Bətşin əl-Xəlil şəhərinin Bab əz-Zəviyyə bölgəsində İsrail qüvvələri tərəfindən atılan rezin gülləyə tuş gəldiyi bildirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, fələstinli Nidal əl-Bətş adlı şəxsin oğlu İzəddin əl-Bətşin əl-Xəlil şəhərinin Bab əz-Zəviyyə bölgəsində Sionist İsrail qüvvələri tərəfindən atılan rezin gülləyə tuş gəldiyi bildirilib.  

Bətş atılan güllənin 13 yaşlı oğlunun sağ gözünə dəydiyini və İzəddinin vurulduğu zaman bir meyvə-tərəvəz dükanının içərisində olduğunu qeyd edib.  

Fələstinli ata oğlunun yarasının ağır olduğunu və gözünü itirəcəyindən narahat olduqlarını ifadə edib.

Mənbə: Eastnews

captcha