IQNA

Ramazanda minarələrdən azan səsinin yayılmasına icazə verildi

13:31 - April 21, 2021
Xəbər sayı: 3489669
Tehran (IQNA) -  Almaniya Federal Respublikasının yeni qərarına əsasən ölkənin bütün əyalətlərində Ramazan ayı boyunca namaz vaxtlarında azan minarələrdən səsucaldıcılar ilə veriləcək.

Tehran (IQNA) -  Almaniya Federal Respublikasının yeni qərarına əsasən ölkənin bütün əyalətlərində Ramazan ayı boyunca namaz vaxtlarında azan minarələrdən səsucaldıcılar ilə veriləcək.

Uzun illər Almaniyanın bir çox əyalətlərində qadağan edilən bu məsələnin bu il öz həllini tapması bu ölkədə yaşayan müsəlmanlar üçün sevindirici xəbər olub.

Almaniya federal dövlətinin məsulları Ramazan ayında azanın minarələrdən verilməsi qərarı ilə koronavirus pandemiyasına görə müsəlmanlar üçün yaranmış məhdudiyyətlərin acı sıxıntısını qismən də olsa azaltmaq istəyiblər.

Bu qərara əsasən Almaniyanın bütün əyalətlərində Aprel ayının 13-dən Fitr bayramınadək gündəlik vacib namazlar üçün məscidlərin minarəsindən azan yayımlanacaq.

Almaniyanın Türkiyə İslam Birliyinin rəhbəri Cəsur Özkaya bu barədə deyib: Almaniyada yaşayan müsəlman cəmiyyətlərin hüquqlarını müdafiə etməliyik. Müsəlmanların psixi asayişini təmin etmək fikrində olmalıyıq. Minarələrdən azan səsi eşitmək müsəlmanların haqqıdır.

Almaniyanın Frayzing şəhərinin İslam Birliyinin rəisi Ömər Qorxmaz deyib: Koronavirus pandemiyasına görə müsəlmanlar məscidlərdə ibadət edə bilmirlər. Məscidlərin fəaliyyətlərinin dayandırılması müsəlmanları narahat edir. Fəaliyyət göstərən məscidlərdə isə 50 nəfərdən artıq insan toplaşa bilməz. Buna görə də azanın minarələrdən yayılması müsəlmanların bu narahatçılığını qismən də olsa azalda biləcək.

Almaniyanın İslam Mərkəzlərindən verilən xəbərə görə, federal dövlətin bu qərarı hələ də bəzi əyalətlərdə həyata keçirilmir və əyalət dövlətləri azanın minarələrdən yayılmasına icazə verməyiblər. / iqna

captcha