IQNA

ABŞ-da 6 mindən çox müsəlman haqlarının pozulmasından şikayətçidir

10:12 - April 28, 2021
Xəbər sayı: 3489704
ABŞ-ın ən böyük müsəlman mülki haqları təşkilatı olan ABŞ-İslam Münasibətləri Şurası (CAIR) 2020-ci ildə 6 mindən çox insan haqlarının pozulması ilə bağlı şikayət aldıqlarını bildirib.

ABŞ-ın ən böyük müsəlman mülki haqları təşkilatı olan ABŞ-İslam Münasibətləri Şurası (CAIR) 2020-ci ildə 6 mindən çox insan haqlarının pozulması ilə bağlı şikayət aldıqlarını bildirib.  

CAIR 2021-ci il İnsan Haqları hesabatında ABŞ-da 2020-ci ildə ayrı-seçkilik, immiqrasiya, səyahət məhdudiyyətləri, təəssübkeşlik, hüquqi sanksiya və məktəblə əlaqəli mövzularda 6 min 144 şikayət aldığını bildirib.  

"Nifrətə Qarşı Müqavimət" adlı hesabatda sonuncu dəfə 2018-ci ildə yayımlanan analoji hesabata nisbətən şikayətlərdə 9% artım olduğu qeyd edilib. eastnews

captcha