IQNA

Gənc avropalı İslam dinini qəbul etdi

16:17 - April 28, 2021
Xəbər sayı: 3489706
Almaniya vətəndaşı 21 yaşlı Katsper Vlad İslav İslam dinini qəbul edib. O, bu addımı yaxın dostunun nənəsinin nümunəsindən ilhamlanaraq atıb.

 Almaniya vətəndaşı 21 yaşlı Katsper Vlad İslav İslam dinini qəbul edib.

O, bu addımı yaxın dostunun nənəsinin nümunəsindən ilhamlanaraq atıb.

Belə ki, İslav tez-tez dostu ilə onun nənəsi Hənifə Çerigilə qonaq gedirdilər. Yaşlı qadın İslavı öz nəvəsi kimi çox istəyir və həmişə də onunla söhbət edirdi.

Hənifə nənə ötən həftə dünyasını dəyişib. Məhz o, İslavın müsəlman olmasında mühüm rol oynayıb.

Əslən Polşadan olan İslav artıq kəlmeyi-şəhadəti deyərək müsəlman olub.

İslav deyir ki, mərhum Hənifə nənə həmişə onu Allaha yaxın olmağa səsləyib.

İslam sənə ən yaxşı həyatı bəxş edəcək”, – deyə Hənifə nənə İslava deyərdi.

Gənc müsəlman bildirib ki, yaxınları onun bu qərarına qarşı çıxıblar. “Lakin əsas mənim inancımdır. Mən axtardığım hər şeyi müqəddəs Quranda tapdım. Namaz mənə güc-qüvvət verir”, – deyə o qeyd edib. / Şəfəqna

captcha