IQNA

19:24 - May 07, 2021
Xəbər sayı: 3489759
İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət və zülmə etiraz etmələri günüdür.
Mübarək Ramazan ayının sonuncu cüməsi İslam Dünyasında “Qüds günü” kimi qeyd edilir. 
İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət  və zülmə etiraz etmələri günüdür.
Bu gün münasibətilə İranın paytaxtı Tehranda  və bu ölkənin digər böyük şəhərlərində Ümumdünya Qüds Günü tədbirləri  qeyd olunub. Koronavirus pandemiyasına görə, kütləvi toplantı olmasa da böyük meydan və xiyabanlarda  Fələstin xalqına dəstək  üçün xüsusi proqramlar təşkil olunub və Qüdsün azadlığının zəruriliyi vurğulanıb. 
Küçələrdə müqavimət və inqilab mahnıları səsləndirilib,  Fələstin xalqının bayraqları asılıb,  sionist rejim və ABŞ bayraqları yandırılıb. 
Tədbir iştirakçıları bildiriblər ki, İran xalqı daim fələstinlilərin yanında olacaq, heç zaman Fələstinin işğalı ilə barışmayacaq.
Onlar həmçinin  ABŞ və İsrailin bölgədə həyata keçirdikləri siyasətə etirazlarını bildiriblər. 
Qeyd edək ki, Qüds günü ilə bağlı dünyanın müxtəlif bölgələrində də tədbirlər keçirilərk etirazlar bildirilir. Bundan başqa sosial şəbəkələrdə Beynəlxalq Qüds günü üçün  fars, ərəb, ingilis dillərində aşağıdakı haştaqlar seçilib: 
#quds_is_closer 
#قدس_شریف_نزدیکیم
#القدس_اقرب
 
"Ramazan ayının son cümə günü Ali Rəhbər Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı  danışacaq. Bu canlı çıxış  televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq".
Qeyd edək ki, 1982-ci ildə İmam Xomeyninin (r.ə) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olundu. Beynəlxalq Qüds günündə dünyanın müxtəlif ölkələrində müsəlmanlar, torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolayısı ilə dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər.  Bu il Beynəlalq Qüds günü may ayının  7-nə  təsadüf edir.
 
Ad:
E-poçt:
* Comment:
* captcha: