IQNA

Sabah dünyanın 15 ölkəsində Fitr bayramıdır

10:42 - May 12, 2021
Xəbər sayı: 3489802
Dünyanın 15 Ərəb ölkəsi rəsmi bəyanat yayaraq elan ediblər ki, həftənin Cümə Axşamı günü, May ayının 13-ü Fitr bayramıdır.

Dünyanın 15 Ərəb ölkəsi rəsmi bəyanat yayaraq elan ediblər ki, həftənin Cümə Axşamı günü, May ayının 13-ü Fitr bayramıdır.

O cümlədən, Səudiyyə Ərəbistanın Krallıq Məhkəməsi, Qətərin İslami Fondlar Nazirliyi, Yəmənin İslam Şurası, Fələstinin Baş Müftisi Şeyx Məhəmməd Hüseyn, İordaniyanın baş müftisi Əbdül-Kərim əl-Xəsvanə, BƏƏ-nin Qəməri ayların izlənilməsi heyətinin rəisi Sultan bin əz-Zahiri, Misrin müftisi Şövqi Əllam, Sudanın İslami Fihq Cəmiyyəti, Küveytin Qəməri ayların izlənilməsi heyəti, Bəhreynin Ali İslami İşlər Şurası və Suriyanın İslami Fondlar Nazirliyinin elmi-fiqhi şurası May ayının 12-sini Ramazan ayının son günü və May ayının 13-ü Fitr bayramı elan ediblər.

Tunisin müftisi Osman Bəttix, Livanın müftisi Əbdül-Lətif Dəryan və Liviyanın müftisi Şeyx Sadiq əl-Ğüryani televiziya ilə çıxışda elan ediblər ki, həftənin Cümə Axşamı günü (13 May 2021) Fitr bayramıdır.

Həmçinin İraqın Əhli-Sünnə İslami Fondu həftənin Cümə Axşamını, May ayının 13-ünü Fitr bayramı elan edib. Amma şiə məzhəbinin alimləri May ayının 12-də Şəvval ayını izləyəcəklərini elan ediblər. / iqna

captcha