IQNA

10:34 - May 16, 2021
Xəbər sayı: 3489828

Almaniyada İsrail əleyhinə aksiya keçirildi

Almaniyanın paytaxtı Berlin şəhərində Qəzza zolağına İsrailin hücum etməsinə etiraz aksiyası keçirilib.

Almaniyada İsrail əleyhinə aksiya keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin şəhərində Qəzza zolağına İsrailin hücum etməsinə etiraz aksiyası keçirilib.  

Nümayişçilər Kottbusser Tor meydanında toplaşaraq, İsrail əleyhinə şüarlar səsləndiriblər.  

Bundan əlavə, aksiyada çıxış edənlər Almaniya hökumətinin İsrailə dəstək verməsini də qınayıblar.

Aksiyanın insidentsiz yekunlaşdığı diqqətə çatdırılır.

Mənbə: Eastnews.org

Teqlər: almaniya ، israil ، qəzza ، fələstin
captcha