IQNA

Müsəlmanlardan ehtiyaclı insanlar üçün gözəl təşəbbüs

19:03 - May 19, 2021
Xəbər sayı: 3489859
Dünya müsəlmanları xeyir əməllərini davam etdirirlər. Şimali İngiltərədə yerləşən Qalifaks şəhərinin müsəlman icması ehtiyaclı insanları yeməklə təmin etmək üçün ictimai soyuducu istifadəyə verib.

Dünya müsəlmanları xeyir əməllərini davam etdirirlər.

Məsələn, Şimali İngiltərədə yerləşən Qalifaks şəhərinin müsəlman icması ehtiyaclı insanları yeməklə təmin etmək üçün ictimai soyuducu istifadəyə verib.

Camiə Mərkəzi Məscidinin könüllüləri möhtac insanların gələrək onlara lazım olan istənilən yeməyi götürə bilmələri üçün soyuducu quraşdırıblar.

“Bu, insanlar üçün xilasedici dairədir”, – deyə sözügedən təşəbbüslə çıxış edən Həsən Riaz bildirib.

O deyib ki, həmin soyuducu, iş və qeyri-iş günü demədən, hər zaman işləyir, çünki qidaya olan ehtiyac ilin hər günü var.

Təşəbbüsü fərdi şəxslər və təsisatlar, supermarketlər, parlament üzvü Holli Linç və hətta topladığı öz cib pullarını buraya ianə etmiş məktəbli belə dəstəkləyib.

captcha