IQNA

Bu il körpələrə ən çox qoyulan adlar; Əli, Zəhra...

10:14 - May 25, 2021
Xəbər sayı: 3489901
Sonrakı yerlərdə Yusif (439), Uğur (433), Hüseyn (430), Məhəmməd (308), Ömər (289), Murad (262), Ayxan (200), Raul (200), Tunar (194) adlarıdır.

Bu il Azərbaycanda uşaqlara ən çox verilən adlar açıqlanıb. 4 ay ərzində də uşaqlara verilən adlar içərisində dini şəxslərlə bağlı olanlar üstünlük təşkil edib. Oğlan uşaqlarına verilən adlarda Əli birinci yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə dünyaya gələn uşaqlardan 467 nəfərinə bu ad verilib.

Sonrakı yerlərdə Yusif (439), Uğur (433), Hüseyn (430), Məhəmməd (308), Ömər (289), Murad (262), Ayxan (200), Raul (200), Tunar (194) adlarıdır.

Vətən müharibəsində xalqın qəhrəmanına çevirilən Milli Qəhrəman, general-mayor, Şəhid Polad Həşimovun adı isə ümumilikdə 104 oğlana verilib.

Rəsmi məlumata görə, qızlara verilən adlar içərisində Zəhra (500) yenə də birinci sıradadır. Sonrakı yerləri Zeynəb (399), Mələk (363), Aylin (360), Məryəm (353), Fatimə (338), Nilay (296), Nuray (271), İnci (254), Mədinə (228) tutur. /deyerler

captcha