IQNA

Şeyx Naim Qasım: “İmam Xomeyni Qüds Qüvvələrini yaradaraq Qüds şəhərini azad etməyə çalışdı”

21:11 - June 03, 2021
Xəbər sayı: 3489975
Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Naim Qasım mərhum İmam Xomeyninin Qüds Qüvvələrini yaradıb Qüds şəhərini azad etməyə çalışdığını bildirib.

Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Naim Qasım mərhum İmam Xomeyninin Qüds Qüvvələrini yaradıb Qüds şəhərini azad etməyə çalışdığını bildirib.
Livanın Hizbullah hərəkatının baş katibinin müavini çıxışında bunları deyib: “İmam Xomeyni çətin və vacib dövrdə Fələstin üçün müqavimət göstərməyə başladı.

İmam Xomeyni Qüds Qüvvələrini yaradaraq Qüdsü azad etməyə çalışdı. Bu qüvvələr həmişə bu məqsədə çatmaq üçün çalışır. İmam Xomeyninin inqilabı ilə bütün bölgəni dəyişdi və biz İran inqilabından bəri baş verən hər şeylə birlikdə İsrail rejiminin məhv olduğu günün şahidi olacağıq.

Şeyx Naim Qasım İranın müqavimət oxuna rəhbərlik etdiyini söyləyərək, belə danışıb: “Müqavimətin qələbəsi İran fikrinin (ideyasının) qələbəsidir və bu ölkə təkcə torpaq istəmir, həm də insan görünüşünü axtarır”.

Qeyd edək ki, İran İslam inqilabının banisi mərhum İmam Xomeyni 1989-cu il 4 iyun tarixində Tehranda vəfat edib. /islamtimes/

captcha