IQNA

Zonquldağda Uzun Məhmət məscidinin açılışı olub

17:27 - June 05, 2021
Xəbər sayı: 3489989
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldağda 6 min insanın eyni vaxtda namaz qıla biləcəyi dənizə çox yaxın inşa edilmiş məscidin açılış mərasimində iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldağda 6 min insanın eyni vaxtda namaz qıla biləcəyi dənizə çox yaxın inşa edilmiş məscidin açılış mərasimində çıxış edib.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan çıxışında əsrlər dəyişsə də Türk millətinə qarşı düşmənçilik və kin-küdrətin dəyişmədiyini, Türk bayrağına dözə bilməyənlərin millətin birliyinə və həmrəyliyinə hücum etməyə başladıqlarını, müqəddəs məkanları hədəfə götürməkdən imtina etmədiklərini ifadə edib.

“Birliyimizi poza bilməyəcəklər. FETO-dan (Fəthullahçı Terror Təşkilatı) PKK-ya qədər Türkiyənin düşmənləri tərəfindən istifadə edilən terror təşkilatları məscidlərimizə, millətimizin dininə və inancına hücum etmişlər. Ancaq müstəqilliyimizə zərbə endirməyə cəhd göstərənlərə necə dərs verdiysək işimizi, çörəyimizi və dincliyimizi hədəfə götürənlərə də eyni cavabı verəcəyik”, -deyə Türkiyə Prezidenti bildirib.

captcha