IQNA

İraqın illik Quran yarışlarında 500 Quran hafizi iştirak edir

10:37 - June 06, 2021
Xəbər sayı: 3489993
İraqın Quran Hifzi Milli Layihəsi çərçivəsində keçirilən illik Milli Qurani-Kərim yarışlarında ölkənin 12 əyalətindən 500 nəfər iştirak edir.  

İraqın Quran Hifzi Milli Layihəsi çərçivəsində keçirilən illik Milli Qurani-Kərim yarışlarında ölkənin 12 əyalətindən 500 nəfər iştirak edir.  

İraqın Darul-Quran informasiya portalının verdiyi xəbərə görə, İmam Hüseyn (ə) hərəminin Quran Təlimi Mərkəzinin Darul-Quran İdarəsinin məsulu Əli Hadi Kazimi bu barədə deyib: Bu yarışlar İmam Hüseyn (ə) hərəminin Quran Təlimi Mərkəzinin təşəbbüsü ilə müxtəlif əyalətlərindəki Darul-Quran şöbələri tərəfindən kişilər və xanımlar arasında keçirilir.

O əlavə edib: Yarışların giriş mərhələsi cari həftənin Çərşənbə günü (2 İyun 2021) başlayıb və iki həftə davam edəcək.

Müxtəlif əyalət və şəhərlərdə yaşayan Quran hafizləri yaşadıqları ərazilərdə Darul-Quran şöbələrinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.  

Əli Hadi Kazimi vurğulayıb: İmam Hüseyn (ə) hərəminin Quran Təlimi Mərkəzi tərəfindən yaradılmış mərkəzi komitə Quran hafizlərinin dəyərləndirilməsi və birinci mərhələnin gedişatına nəzarət edir./iqna

رقابت 500 حافظ در مسابقات ملی سالانه قرآن عراق

captcha