IQNA

12:13 - June 18, 2021
Xəbər sayı: 3490090
İslam İnqilabının Rəhbəri: “Bu gün əsas səhnədə və meydanda xalqdır. Onlar öz səsləri ilə öz taleyini, ölkənin sonrakı illər üçün əsas və ümumi vəzifəsini müəyyən edirlər. Deməli bu xalqa aid bir gündür.”

“Bu gün əsas səhnədə və meydanda xalqdır.  Onlar öz səsləri ilə  öz taleyini, ölkənin sonrakı illər üçün əsas və ümumi vəzifəsini müəyyən edirlər. Deməli bu xalqa aid bir gündür. ”

Bu sözləri Ali Dini Rəhbər Ayətullah Üzma Seyid Əli Xamenei  bu gün  səhər 13-cü prezident və Xobreqan Ekspertlər Şurası və şəhər şurası  seçkilərində səs verdikdən sonra açıqlamasında bildirib.

Ayətullah Xamenei bildirib ki, bu həqiqətə görə insan ağlı hökm edir ki, hamı bu böyük milli və ümumxalq sınaqda  iştirak etsin. “Bizim təkrar-təkrara  xalqı seçkilərdə iştirak üçün dəvət etməyimizin  səbəbi  də  budur ki, ilk növbədə xalq özü bu iştirakdan faydalanır və İslam Respublikası da  beynəlxalq  arenada böyük üstünlüklər əldə edir”. 

Ali Rəhbər qeyd edib ki, xalqın hər birinin  səsinin əhəmiyyəti vardır. “Hamı iştirak etməlidir, seçməli və səs verməlidir. Heç kəs deməsin ki, mənim səsim olmasa nə baş verəcək, çünki  həmin bir səslərdir ki,  xalqın milyonluq səsinə çevrilir. Tövsiyəm odur ki, vətəndaşlar erkən saatlarda  seçkilərdə iştirak edib, öz  seçdikləri namizədə səs versinlər.”

Ali Rəhbər, İmam Rzanın (ə) mövludunun bərəkəti ilə bu gün İran xalqının sevincinin bərəkətli olacağını qeyd edib və bildirib ki,  seçkiləri təşkil edənlərdən təşəkkür edirəm və təkid edirəm ki,  ölkənin hər bir yerində iş kamil formada təşkil olunsun. Jurnalistlər və fotoqraflara da salamını çatıdırıb və işlərində uğur diləyib. 

Qeyd edək ki, Ayətullah Xamenei səhər seçkilərin başlandığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyyəyə gələrək, orada quraşdırılmış 110 saylı qutuya səsini atıb.
Xatırladaq ki, bu gün İran xalqı özünün 13-cü prezidentini seçir. Seçkilər yerli vaxtla saat 07:00-da rəsmən başlayıb. Bununla da ölkənin bütün bölgələrində gecə saat 00:00-dək səsvermə davam edəcək.

Bu seçkidə əsasən dörd namizəd yarışır: İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi, Əbdünnasir Himməti və Möhsin Rzayi. /iqna
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: