IQNA

17:38 - June 23, 2021
Xəbər sayı: 3490131
Amerika terror dövlətinin İslami Müqavimət Hərəkatlarına və şiə təqlid mərcələrinə bağlı informasiya saytlarını bloklaması dünyanın bir çox media və şəxsiyyətləri tərəfindən məhkuum edilib.

Amerika terror dövlətinin İslami Müqavimət Hərəkatlarına bağlı informasiya saytlarını bloklaması dünyanın bir çox media və şəxsiyyətləri tərəfindən məhkuum edilib.

Amerikanın bu addımını məhkum edənlər vurğulayıblar ki, dünyanın ən böyük informasiya gücünə sahib olan bir qüdrətin bu belə bir addımı atması onun İslami Müqavimət Hərəkatının qarşısında media meydanında da zəiflədiyinin sübutudur.

Qeyd edək ki, "söz və ifadə azadlığı carçısı" olan Amerika çox həyasız bir addım ataraq İran, İraq, Livan, Yəmən, Suriya və Bəhreyn xalqlarının İslami Müqavimət Hərəkatına bağlı, xüsusi ilə də terrorist İsrail rejiminin Fələstinlilərə etdiyi zülmləri işıqlandıran media və "kiv"lərin, həmçinin Beynəlxalq İslami Televiziya və Radioları Şirkətinin internet saytlarını bloklayıb.

İraqın müxtəlif siyasi, ictimai və dini şəxsiyyətləri, Yəmənin ƏNSARULLAH İslami Müqavimət Hərəkatının rəhbərləri, Yəmən Ali Şurasının baş ofisi, Yəmən Media Birliyi, İraqın BURASA xəbər agentliyi, İraqın qəzet yazarları və media fəalları, İİR-nın BMT-dəki daimi nümayəndəsi, əl-Aləm peyk televiziyası və Fələstin İslami Cihad Hərəkatı ABŞ-ın bu addımını məhkum ediblər.

Amerikanın bu addımını məhkum edənlər bir neçə məqama toxunublar:

Amerika bununla həqiqi İslami dəyərlərə zərbə vurmaq istəyir.

Amerikanın bu addımı söz, ifadə və əqidə azadlığına ziddir və bu barədə beynəlxalq qanunların ayaq altına atılmasıdır.

Amerikanın bu addımı onun və müttəfiqlərinin İslami Müqavimət Hərəkatına media və kiv meydanında da yenildiyinə etirafdır. Onlar dünyanın ən nəhəng informasiya gücünə malik olsalar da həqiqət qarşısında dözüm gətirə bilmədilər.

Amerika bu addımı ilə sübut etdi ki, Amerika və müttəfiqləri söz azadlığı və demokratiya barədə boş-boş şüarlar deyir və içi boş iddialar səsləndirirlər.

Amerika media sahəsində də imperialist addım atır və dünyaya yalan, uydurma və saxta informasiya çatdırdığı üçün azad informasiya qaynarlarından qorxur.

Xatırladaq ki, Amerikanın blokladığı saytların çoxu şiə məzhəbindən olan dini qrumlara və İslami Müqavimət Hərəkatlarına aiddir. Bu saytların arasında şiənin təqlid mərcələrinə və sırf dini maarifləndirmə ilə məşğul olan saytlar da var. Bu da göstərir ki, Amerikanın hədəfi həqiqi İslami dəyərlər və şiə məzhəbidir. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: