IQNA

8:51 - June 25, 2021
Xəbər sayı: 3490137

Yanıb külə dönən evdə Quran salamat qaldı

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Starosubxanqulovo kəndində dəhşətli yanğın baş verib.

Yanıb külə dönən evdə Quran salamat qaldı

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Starosubxanqulovo kəndində dəhşətli yanğın baş verib.

Nəticədə 2 ev yanaraq kül olub. Xoşbəxtlikdən hadisə nəticəsində heç kim xəsarət almayıb.

Bir müddət sonra ev sahibləri yanmış əşyaların qalıqlarını yerbəyer etməyə başlayıblar və alov və suyun zərər vurmadığı Qurani-Kərim nüsxəsini tapıblar.

Şahidlərin sözlərinə görə, güclü yanğın və onu söndürmək üçün istifadə edilmiş böyük həcmdə suya baxmayaraq, Qurani-Kərim nüsxəsinin bir səhifəsi belə zərər görməyib, sadəcə üzlüyü yüngül ziyan görüb. /islamnews

captcha