İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxti rəsmi Vaşinqtonun "Ənsarullah"ı siyasi təşkilat olaraq tanımasına münasibət bildirib.
Məhəmməd əl-Bəxti açıqlamasında vurğulayıb ki, "Ənsarullah" heç bir zaman ABŞ-ın bu qurumu qanuni təşkilat olaraq tanımasını gözləməyib.
"Biz sadəcə ölkəmizin suverenliyini, müstəqilliyini və torpaq bütövlüyünü qorumağa çalışırıq. Bundan başqa məqsədimiz və yaxud da məramımız yoxdur", - deyə Məhəmməd əl-Bəxti diqqətə çatdırıb.
O qeyd edib ki, "Ənsarullah" hərəkatı işğalçılar hansı dövlətdən olurlarsa olsunlar qarşılarında dayanmağa davam edəcək.