IQNA

Almaniyada türk ailəyə qarşı irqçi hücum

13:32 - July 06, 2021
Xəbər sayı: 3490223
Lübek Polis Şöbəsindən yayılan məlumata görə, hadisə 3 İyul tarixində şəhər mərkəzinin yaxınlığındakı Mühlentor Meydanında baş verib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Shafaqna" informasiya portalına istinadla verdiyi xəbərə görə, Almaniyanın Lübeck şəhərində bir türk ailəsinə irqçi hücum edilib.

Lübek Polis Şöbəsindən yayılan məlumata görə, hadisə 3 İyul tarixində şəhər mərkəzinin yaxınlığındakı Mühlentor Meydanında baş verib.

Qeyd edilib ki bir Alman cütlüyü dörd nəfərlik Türk ailəsinə gözyaşardıcı qazdan istifadə edərək hücum təşkil ediblər.

Qazdan təsirlənən ailə xəstəxanaya cəlb olunarkən, təcavüzkar Alman cütlüyün daşıdığı gözyaşardıcı qazla yanaşı qadağan olunmuş bəzi silahlar müsadirə edilib. 51 yaşlı təcavüzkar ilə əlaqəli istintaq başladılıb.

Polis hadisənin ksenofobik ola biləcəyini ehtimal edib və bununla bağlı əlamətlərin olduğunu bildirib.

Ad:
E-poçt:
* Comment:
* :