IQNA

Bu il 120 millətin nümayəndəsi Həcc mərasimində iştirak edəcək

7:10 - July 07, 2021
Xəbər sayı: 3490227
Həcc Komitəsi bu ilin Həcc mərasimində 120 milləti təmsil edən 60 min nəfər Həcc ziyarətində iştirak edəcəklər. Bu 60 min nəfər bu ilin Həcc ziyarəti üçün ad yazdıran 558 min nəfərin arasından seçilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərəbistanın Mərkəzi Həcc Komitəsi bildirib ki, bu ilin Həcc mərasimində dünyanın 120 millətini təmsil edən 60 min nəfər hacı Həcc ziyarətində iştirak edəcəklər.

Bu 60 min nəfər bu ilin Həcc ziyarəti üçün ad yazdıran 558 min nəfərin arasından seçilib.

Bildirilir ki, hacılara həcc ayinlərini yerinə yetirmək icazəsini göstərən xüsusi kart paylanılacaq. 

Komitə bildirib ki, Həcc ayinlərini yerinə yetirən hacıları daşımaq üçün 3 min avtobusdan istifadə ediləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koronavirus bəhanəsi ilə bu il Həcc ayinlərini yerinə yetirməyi təkcə bu ölkədə yaşayan müsəlmanlara icazə verib və xaricdən zəvvar qəbul etməyəcək.

Digər bir xəbər isə budur ki, Məkkə şəhərində yerləşən Məscidül-Hərama, onun ətrafındakı əraziyə və Həcc yerlərinə icazəsiz şəkildə daxil olmağa cəhd edən hər kəs cərimələnəcək.

Bu barəsə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyindən bildirilib.

Qadağa bazar ertəsindən Həcc ziyarəti dövrünün sonunadək davam edəcək.

Cərimə məbləği isə 10 min Səudiyyə rialı (2666 dollar) olacaq.

Müqəddəs məkanlar Mina, Müzdəlifə və Ərəfat da daxildir.

Qaydanı pozan şəxsi ikinci dəfə də tutularsa, cərimə məbləği ikiqat olacaq. /iqna

Teqlər: həcc ، məkkə ، mədinə ، kəbə
Ad:
E-poçt:
* Comment:
* :