IQNA

TALİBAN: İŞİD bizim və bütün İslam ölkələrinin düşmənidir

23:31 - July 13, 2021
Xəbər sayı: 3490277
Əfqanıstanın TALİBAN silahlı qruplaşmasının sözçüsü Zəbihullah Mücahid elan edib ki, İŞİD terrorçuları bizim və həm də bütün İslam ölkələrinin düşmənidir və biz bu qrupa qarşıyıq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın TALİBAN silahlı qruplaşmasının sözçüsü Zəbihullah Mücahid elan edib ki, İŞİD terrorçuları bizim və həm də bütün İslam ölkələrinin düşmənidir və biz bu qrupa qarşıyıq.

Zəbihullah Mücahid vurğulayıb ki, terrorçulara Əfqanıstan torpağından istifadə edərək Pakistan əleyhinə əməliyyatlar keçirtməyə icazə verməyəcəklər.

O əlavə edib: Biz sivil Əfqanıstan vətəndaşlarına zərər yetirməyəcəyik. Əgər məcbur qalmasaq vətəndaşlarına əleyhinə heç bir ciddi zorakı addım atılmayacaq.

Zəbihullahın dediyinə görə, Pakistan Taliban Hərəkatının (TTP) Əfqanıstan "taliblər"inə heç bir aidiyyatı yoxdur, bu Pakistanın daxili məsələsidir. Və bizim bu barədə müdaxilə etmək fikrimiz yoxdur. Biz istəmirik ki, Pakistanda təhlükəsizlik və sabitlik pozulsun və kimsə bizim torpağımızdan qonşu dövlət əleyhinə istifadə etsin.

O əlavə edib: Pakistanın bizim müsəlman qardaş ölkəmizdir və bizim ikinci evimizdir. Bizim müştərək dəyərlərimiz var. Pakistan milyonlarla qaçqının sığınacaq evidir. Biz Pakistanla yaxşı əlaqələr qurmağı istəyirik.

Zəbihullah vurğulayıb: Bizim hazırda Duhedə bir qrup nümayəndəmiz müzakirə mizindədirlər. Ümidr edirik ki, bu müzakirələr uğurlu olacaq.

TALİBAN sözçüsü qeyd edib: Qadınların şəri və iqtisadi hüquqları var. Bütün vətəndaşların hüquqları qorunacaq. Biz istəyirik ki, sülh və dialoq yolu ilə İslami sistem quraq. Zorla Kabula girmək istəmirik. Buna gücümüz çatsa da sülh və danışıq yolunu tərcih edirik. / iqna

Teqlər: pakistan ، taliban ، Əfqanistan ، İŞİd ، terror
captcha