IQNA

Londonda “İrqçiliyə qarşı dayan” şüarı ilə aksiya keçirilib

23:22 - July 18, 2021
Xəbər sayı: 3490319
İngiltərənin paytaxtı Londonda irqçilik əleyhdarları ölkənin milli futbol komandasının irqçilik təcavüzünə uğrayan Afrika mənşəli oyunçularıyla birlikdə həmrəylik nümayişi keçiriblər.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, baş Nazirliyin 10 Nömrəli Ofisi qarşısında bir araya gələn “İrqçiliyə qarşı dayan” qrupunun üzvləri burada “Diz çökmə hərəkəti” ediblər.

“Afrika mənşəlilərin həyatı əhəmiyyətlidir”, “İslam əleyhdarlığına xeyr” və “Ədalət olmadan barış olmaz” plakatları qaldıran nümayişçilər hökuməti irqçi və İslam əleyhinə sözlərinə son qoymalarına çağırıblar.

  “Rasizmə qarşı dur” (Stand up to Racism) qrupunun təşkilatçısı Ueyman Bennet (Weyman Bennett) nümayişdə etdiyi çıxışında deyib: “İngiltərənin baş naziri Boris Conson və daxili işlər naziri Priti Patelin irqçi ifadələrinə qarşı bu etiraz nümayişini təşkil etdik. Consonun irqçiliklə yanaşı İslamofobiya ifadələri də var. Seçkilərdən əvvəl 2018-ci ildə o, niqablı müsəlman qadınları “məktub qutuları”na bənzətmişdi. Consonun bu sözlərindən sonra İngiltərədə bir çox müsəlman dostlarımız hücuma uğradı. Müsəlman qadınlara nə geyməsi lazım olduğunun deyilməsindən bezdik”.

Xatırladaq ki, Londondakı Uembli (Wembley) stadionunda İngiltərə ilə İtaliya arasında oynanan AVRO 2020 final matçında İtaliya İngiltərəni penaltilərdə məğlub etmişdi. Penaltiləri qaçıran İngiltərə milli komandasının Afrika mənşəli futbolçuları Ceydon Sanço (Jadon Sancho), Markus Raşford (Marcus Rashford) və Bukayo Saka matçdan sonra sosial mediada irqçi hücumlara məruz qalmışdı.

Ad:
E-poçt:
* Comment:
* :