IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Dubay əmirliyinin "Darul-Birr" təşkilatı Qurani-Kərimin cəmiyyətdə yayılması və insanların Allahın kitabı ilə daha çox ünsiyyətdə olmaları hədəfi ilə son 7 ildə 1.5 milyon Qurani-Kərim çap və nəşr edərək ölkə daxilində və xaricində paylayıb.
Bu işdə Dubay əmirliyinin "Məhəmməd bin Raşid adına Qurani-Kərim Çap Mərkəzi" də "Darul-Birr Təşkilatı" ilə həmkarlıq edib.
"Məhəmməd bin Raşid adına Qurani-Kərim Çap Mərkəzi" 2014-cü ildən yeni texnologiyadan istifadə edərək Quranın çapı və nəşri ilə məşğul olur.
"Darul-Birr Təşkilatı"nın icraçı katibi Məhəmməd bin Süheyl Müheyi və onu müşayət edən heyət cari həftənin Cümə günü Qurani-Kərim Çap Mərkəzinə baxış keçirib. O bu görüşdə deyib ki, Darul-Birr Təşkilatı təsis edildiyi 42 il ərzində Qurani-Kərimin çapı və nəşri və həmçinin dünyanın ən ucqar yerlərinə çatdırılması yolunda böyük nailiyyətlər əldə edib. / iqna